» » Valeh Sefiyevlə görüş keçirildi


Valeh Sefiyevlə görüş keçirildi

Biləsuvar rayonunun ictimai siyasi həyatında uzunmüddətli, səmərəli fəaliyyəti olan Valeh Sefiyevin 75 illik yubileyi münasibətilə  görüş keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Valeh müəllimi təbrik edərək ona can sağlığı və uzun ömür arzulayıb. Rayonun ictimai siyasi həyatında uzunmüddətli, səmərəli fəaliyyətinə görə yubileyarı Fəxri Fərmanla təltif edib.

Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, İsmətli kənd sakini Rüstəm Əliyev Valeh Seyfiyevin həyat və fəaliyyəti haqqında danışaraq, xoş arzularını bildiriblər.

Qeyd edək ki, Valeh Şulu oğlu Seyfiyev 5 dekabr 1949-cu ildə Biləsuvar rayonunun İsmətli  kəndində anadan olub. 1968-1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsində ali təhsil aldıqdan sonra, rayonun bir çox məktəblərində müəllim olaraq fəaliyyət göstərib. Valeh Seyfiyev 1993-1994-cü illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 1994-1998-ci illərdə Biləsuvar şəhər 6 saylı orta məktəbdə direktor müavini, 2001-2003-cü illərdə Dövlət Gömrük Komitəsində inspektor vəzifələrində işləyib.

Valeh Sefiyev 1993-cü il yanvar ayında Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının  təsisçisi və sədri olmuşdur. Bədii və publisistik yaradıcılıqla da məşğul olan Valeh Sefiyev  bir sıra əsərlərin və kitabların müəllifidir. Hal-hazırda təqüddə olan Valeh Sefiyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 nayabr tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.









Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR