- 4 dekabr, 19:12
- 24 dəfə oxunub
- 0
Çətin illərin işıqlı adamı
... Atası Rəsul kişidən eşitdiyi xatirəni bizə danışdıqca Yaqubun gözlərinin necə yaşardığını görürəm. Bu bir vətən nisgilinin göz yaşlarıdı...
Haqqında danışacağım həmsöhbətim Cabbarov Yaqub Rəsul oğludur.O, 1968 ci il mart ayının 1-də Biləsuvar rayonunun Bağbanlar kəndində dünyaya göz açıb. 1975 ci ildə goğulduğu kənddə orta məktəbə gedir. 1985 ci ildə orta məktəbi əlaçı qiymətlərlə başa vurur. 1986 cı ildə Zaparojye vilayətində aviasiya hərbi hissəsində xidmətə başlayır. Xidmət etdiyi hərbi hissədə aviasiya üzrə texnik vəzifəsinə yiyələnir. Döyüş təyyarələri An-24,İl-76 və digər növ hərbi təyyarələrin texniki hazırlığında yaxından iştirak edir.
1988 ci ildə hərbı xidmətini uğurla başa vuran Yaqubu öz işinin öhdəsindən layiqincə gəldiyinə və nümunəvi xidmətinə görə təyinatla Bakıya göndərirlər...1989 cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakultəsinə daxil olur.1994 cü ildə akademiyanı uğura başa vurub, mühəndis- elektrik ixtisasına yiyələnir.Və həmin ildən Biləsuvar Elektrik şəbəkəsində təhlükəsizlik və əməyin mühavizəsi üzrə elektrik mühəndisi kimi fəaliyyətə başlayır.2015 ci ilə qədər bu vəzifədə çalışır. 2015 ci ildən 2017 ci ilə qədər aparıcı mühəndis, 2017 ci ildən 2018 ci ilə qədər baş mühəndis, 2018 ci ildən bu günə qədər Azərişıq ASC- nin Cənub RETSİ - də aparıcı mühəndis vəzifəsində çalışır...
Yaqub Cabbarov gözəl həmsöhbətdir. Atasıgilin Qərbi Azərbaycandan necə deportasiya olunmaqlarını atasından eşitdiyi xatirələr vasitəsilə bizlərə çatdırır.Əslən Qərbi Azərbaycanın Mehri rayonunun Məngük kəndindəndirlər. Məngük kəndi Şişqaya dağının ətəklərində yerləşirdi. Kənddə çoxlu alban kilsəsi və digər tarixi yerlər var idi.... 1945 ci ildə atamın əsgər yaşı çatdığından onu hərbi xidmətə aparırlar. 1945 ci ildən 1948 ci ilə qədər uzaq Cin torpaqlarında xidmətdə olur.Geri qayıdanda hərbi komissarlıqdan xəbər verirlər ki, valideynlərin artıq o torpaqlarda yaşamır.Ondakı Jdanov, indiki Beyləqan hərbi komissarlığına gəldim, məni İmişli hərbi komissarlığına göndərdilər...3 aydan sonra valideynlərimi uzun əzabdan sonra tapa bildim..
Yaqub Cabbarov gözəl ailə başçısıdı, Üç qız,bir oğul atasıdır.. Övladları ölkəmizin universitet və akademiyalarını bitirib, ixtisaslarına uyğun işdə çalışırlar.
Firudin Həsənağa,
AJB-nin üzvü