Əməkdar məşqçi Qurbanxan Məhərrəmov vəfat edib

"Bilesuvarinfo" xəbər verir ki, mərhum bu gün ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, o, 1964-cü ildə Biləsuvar rayonunda anadan olub. Biləsuvar rayonun boks idmanın inkişafında xidmətləri olub. Ali təhsilini Azərbaycan Dövlət İdman Akademiyasında alıb. Dəfələrlə ölkə, beynəlxalq əhəmiyyətli yarışlarda birincilik əldə edib. Tələbələri boks üzrə Dünya və Avropa çempionu olub.
Həmçinin o, uzun illər Biləsuvar Uşaq-Gənclər İdman Şahmat Məktəbinə rəhbərlik edib.
Allah rəhmət eləsin!
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.