Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi şagird qəbuluna start verdi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi 2022/2023-cü tədris ili üçün şagird qəbulu keçirir.
Qeyd edək ki, yanvar ayının 19-dan 31-ə kimi I-IV sinif şagirdləri Kompleksin İbtidai Təhsil bölməsində müsahibə yolu ilə imtahan verəcək. V-X sinif şagirdləri yanvar ayının 19-u Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri , 23-ü isə IX-X sinif şagirdləri seçdikləri ixtisas qruplarına müvafiq blok fənləri üzrə imtahanda iştirak edəcəklər. V-X siniflər üzrə imtahan Kompleksin inzibati binasında 09:00-da baş tutacaq.
Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər aşağıda göstərilən linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat yanvar ayının 15-ə kimi aparılacaq.
https://l.facebook.com/l.php
Müzakirə edin
Həmçinin oxuyun:

28 iyun 2022, Çərşənbə axşamı
M. İbrahimov adına Biləsuvar Təhsil Kompleksində şagird qəbulu üzrə yenidən imtahan keçiriləcək
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.