» » Bəzi meyvə ağacları niyə quruyur? - ARAŞDIRMA


Bəzi meyvə ağacları niyə quruyur? - ARAŞDIRMA

Biləsuvarda meyvə ağacları quruyur.

Bu barədə "Bilesuvarinfo"ya rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, proses artıq bir neçə ildir ki, davam edir:

"Demək olar üç ildir ki, vəziyyət belədir. Əvvəllər meyvələr quruyurdu. Bu il isə artıq ağaclarda quruyub. Proses əsasən alça və fındıq ağaclarında baş verir. İllərlə məhsul götürdüyümüz ağaclar gözümüzün önündə məhv olub gedir".

Yerli sakinlər qurumanın səbəbini əsasən susuzluqluqla əlaqələndirsələr də, mütəxəssislər səbəbi təkcə bunda görmürlər.

Mütəxəssislərin sözlərinə görə, dünya miqyasında, təbiətin özündə müəyyən dəyişikliklər baş verir:

"Təbiətdəki müəyyən anomal proseslər bitkilərə də böyük təsir göstərir. Hər ağac bitkisinin müxtəlif fəsillərdə - yazda, yayda, payızda, qışda - həyat tərzi bir-birindən köklü surətdə fərqlənir. Havanın temperaturu 43 dərəcəyə çatanda bu, yarpaqların Günəşdən yanmasına gətirir. Nəticədə də ağaclar quruyur".







Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər: