» » » Şuşada şəhid olan qəhrəmanlar anıldı


Şuşada şəhid olan qəhrəmanlar anıldı

Vətən müharibəsi şəhidləri Elnur Allahverdiyev  və Orxan Mirzəyevin ildönümü qeyd olunub.

"Bilesuvarinfo" xəbər verir ki, 
Vətən müharibəsində Şuşayadək döyüş yolu keçən qəhrəmanların anım mərasimlərində YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Cəfərli və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidlərimizin əziz xatirəsini ehtiramla anılaraq, valideyinlərinə başsağlığı veriblər. Həmçinin şəhidlərin məzarları ziyarət edilib. Onların məzarı üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Qeyd edək ki, Elnur Kamil oğlu Allahverdiyev 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açıb. Vətən Müharibəsində həqiqi hərbi xidmətdə olan Elnur 9 noyabr 2020-ci il tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 10 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayonu Çaylı kəndində dəfn olunub. Prezident İlham Əliyevin  Sərəncamları ilə Elnur Allahverdiyev "Vətən uğrunda",  "Qubadlının azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.

Vətən Müharibəsi şəhidi  Mirzəyev Orxan Mehman oğlu - 1993-cü il sentyabrın 15-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Mirzəyev Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 7 - də Şuşa döyüşləri zamanı şəhid olan Orxan Mirzəyev 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub.

 Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Orxan Mirzəyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan