» » » "Su qıtlığı deyil, “su alverçiləri”dir suvarmada bizə problem yaşadan"


"Su qıtlığı deyil, “su alverçiləri”dir suvarmada bizə problem yaşadan"

  
Bu il suyun düz mənbəyində yerləşən torpaq sahəmdə pambıq əkdim. Əkin sahəmə apardığım yüksək qulluq bol məhsul vəd edirdi. Ancaq su işçilərinin bitkinin bartoplama ərəfəsində belə,  "alverdə”n qalmaması məni bol məhsuldan mərhum etdi, məhsuldarlıq 10 sentnerə düşdü.

“Bilesuvarinfo” ya bu iddia ilə müraciət edən Amankənd kəndinin sakini Əmənov Etibar İxtiyar oğludur.
Onun sözlərinə görə, məhz su qıtılığının suvarmada yaratığı ciddi çətinliklər nəzərə alınaraq bu il rayonda pambıq əkini az aparıldı ki, suvarma prosesində pambığın suyunun tam vaxtında ödənilməsi mümkün olsun. Yəni çox əkin aparıb, susundan yandırmaqdansa, bir qədər az, məhsuldar sahələrdən eyni məhsulun götürülməsi qərara alınır. Və ötən illə müqayisədə bu il 1000  ha az pambıq əkilib.

Etibar Əmənov deyir ki, mən əkin sahəmin münbitliyi, suvarma mənbəyinə daha yaxında olması, bu il məni 9 ha sahədə pambıq əkinininə həvəsləndirdi: “Yaxşı çıxış aldım, becərmə işlərini vaxtlı – vaxtında apardım, lakin bitikinin vegetasiya dövüründə suya olan təlabatını vaxtında və bar suyunun isə heç verə bilməməyim, əkinimi bərbad duruma gətirdi. Mən deyə bilərəm ki, suvarma mövsümündə mülkiyyətçilərin rastlaşdığı problem su qıtlığı deyil, "Sudan İstiadəçilər Birliyi"nin bəzi  əməkdaşları - “su alverçiləri”dir, suvarmada mülkiyyətçilərə problem yaşadan . Bu gün ədalətli araşdırma aparılsa, bir qism mülkiyyətçinin bu alverçilərlə dil tapması hesabına, normadan qat-qat artıq sahələrini suvara bilməsi məlum olar. Mənim kimi, onların maraq dairəsindən kənarda olanların əkin sahibləri sudan korluq çəkib. Mənim əkinim kəndimizin əkin sahəsini su ilə təmin edən 76 saylı nasosstansiyadan vurulan suyun düz mənbəyindədir. Bəs elə deyisə, qonşulqda digər əkinlər 3 – 4, bəzən 5 dəfə suvarılıbsa, mənim pambıq sahəm susuzluqdan niyə korluq çəkməli idi?.. . 

P.S: Etibar Əmənov bildirdiyi iradlara aydınlıq gətirilməsi üçün Biləsuvar rayon Suvarma Sistemləri idarəsinə sorğu göndərdik. Qarşı tərəf öz münasibətini bildirərsə, dərç etməyə hazırıq. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan