Suyun qıt vaxtında bu kəndi su basıb

“Bilesuvarinfo” xəbər verir ki, mənzilləri və həyətyani sahələrini su basması, kəndin yuxarı hissəsində sakinləri ötən ildən su ilə təmin edən yeni kanalın daşması olub. Sakinlərin sözlərinə görə təsərrüfatlarına dəyən ziyanın səbəbi su arxının təmizlənilməməsi və su ötürüçü qurğuların normal olmamasıdır.


Kənddə olarkən, hadisə yerində olan bələdiyyə sədri Əliislam Orucovla həmsöhbət olduq. O, bildirdi ki, vətəndaşların şikayəti haqlıdır. Kənd sakini Bayramov Sabir Hacıağa oğlu öz həyətyani sahəsindəki əkini suvarmaq üçün vurulan bəndi açıb. Suyun həcmi çox olduğundan kanal suyu ötürə bilməmiş, 4 mənzilin həyətyani sahələrin basmasına səbəb olub.

Dəfələrlə vətəndaşlara müraciət olunub ki, hər kəs zəbt etdiyi ərazində kanalı əl əməyi ilə təmizləsin, ya da ağacları kəssin, cəpərlərin yığışdırsın ki, texnka bu işi görə bilsin. Elə məhz, bu gün şikayət edən, həyətini su basan vətəndaşa da dəfələrlə, yazılı şəkildə müraciət emişi ki, qanunsuz çəpərləməni yığışdırsın ki, kanalı qazmaq olsun. Anacaq həmin vətəndaş müraciətlərə məhəl qoymur. İndi də deyir ki, mən əkmişəm, çəkmişəm, siz gəlin özünüz sökün.”





Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.