- 8 sentyabr, 18:07
- 431 dəfə oxunub
- 0
YAP Biləsuvar rayon təşkilatı partiya fəalları ilə görüşlərini davam etdirir
Sentyabr ayının 8-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı rayonun Günəşli kəndində partiya fəalları və sakinlər ilə görüş keçirmişdir. Görüşdən əvvəl Günəşli kənd qəbristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Günəşli kənd bələdiyyəsində baş tutan görüşdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, bu yönümdə həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı danışdı. Rayon təşkilatınnın sədri tarixi ənənələrə malik, Cənubi Qafqazın alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının VII qurultayında Möhtərəm Prezidentimiz, partiya sədri İlham Əliyev cənablarının tapşırıq və tövsiyyələrlə zəngin, proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsindən, qazanılan nailiyyətlərdən, əldə olunan uğurlardan ətraflı bəhs etdi. K.Qurbanlı 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi zəfərimizdən danışaraq, müharibədən sonra aparılan məqsədyönlü siyasət, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri barədə ətraflı məlumat verdi.
Biləsuvar rayonunda və Günəşli kəndində mövcud ictimai-siyasi vəziyyət, görülmüş işlər, həlli vacib olan bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.YAP Rayon təşkilatının sədri görüş iştirakçılarının suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə münasibət bildirdi. İştirakçılar bu kimi görüşlərin vaxtaşırı olaraq keçirilməsinin əhəmiyyətini qeyd etdilər.