- 31 mart, 01:08
- 1 142 dəfə oxunub
- 0
“Gənc Fermerlərin Maraq Klubu” fəaliyyətə başlayıb
Həmçinin, müasir dövrdə məhsul istehsalı texnologiyası yenilənib, yeni və daha məhsuldar təsərrüfatçılıq üsulları formalaşıb. Bu ötən dövrdə hallarda kənd təsərrüfatı sahəsində ölkədə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarını da nəzər alsaq, onlar bununla bağlı geniş məlumata malik deyillər.
Apardığımız sorğular nəticəsində məlum olmuşdur ki, Xocavənd və Füzuli rayonunun köçgün qəsəbələrində gənclərin fermerçilik bacarıqları və kənd təsərrüfatında innovativ texnologiyalardan məlimatlılıq səviyyəsi elə də yüksək deyildir. Xocavənd və Füzuli rayonunda gənc istehsalçıların sayının çox az olması nəticəsi olaraq onların Bakı, digər mərkəzi şəhərlərə göndərilən fermer məhsullarının miqdarının həddindən artıq azlığını göstərmək olar. Köçkünlük həyatı bu kimi ailələrdə böyüən gənclərin fermercilik sahəsində inkişafına öz mənfi təsirini göstərmişdir.
Bu sahədə olan problemi nəzərə alaraq, Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə iştirak edərək, “Gənc Fermerlərin Maraq Klubu” adlı layihəmiz qalib olub.
Bu yeni layihə çərçivəsində gənclərin yeni innovativ fermerçilik və biznes biliklərin artırılması ilə bağlı maarifləndirmə işləri aparılır. Tərəfimizdən gənclərin yeni innovativ fermerçilik və biznes biliklərin artırılması ilə bağlı maarifləndirmə işlərinə başlanılıb.
“Gənc Fermerlərin Maraq Klubu” fermerçilik sahəsində gənclərin daha faydalı və uğur əmsalını artırmaq üçün yaradılıb. Füzuli və Xocavənd rayonlarının (Füzuli rayonu, Qayıdış - 6 qəsəbəsi 7 №li və Xocavənd rayonu, Tuğ kənd tam orta məktəblərindən olan) 20 nəfər şagirdinin fəaliyyət göstərdiyi “Fermer Sahə Məktəbi”ndə gənclər sahibkarlıq sahəsində təməl bilik və bacarıqları artırır.
“Gənc Fermerlər Klubu” vasitəsi ilə gənclərin maarifləndirilməsi işi aparılır. Qabiliyyətli gənclər üzə çıxarılması, bacarıqlarının inkişaf etdirilməsində əhəmiyyətlidir. Yeniyetmə və gənclərin ictimai fəallığının, əməkdaşlığı, asudə vaxtlarının səmərəli təşkilndə əlavə imkanlara yol açır. Xocavənd və Füzuli rayonlarının icra hakimiyyətləri, yerli icra orqanları, bələdiyyələr, təhsil şöbələri və digər orqanlarla əməkdaşlıq əlaqələrini genişləndilir. Dövlət Aqrar İnkişaf Mərkəzinin yerli nümayəndəliyi mütəxəssislərinin tövsiyəsi və metodiki dəstəyi, regionda olan qabaqcıl fermerlərlə əlaqələr fəaliyyətimizə əhəmyyətli dəstək olub.
Hazırda hər iki məktəbin bağçasında “Fermer Sahə Məktəbi” (100 m2 istixana) yaradılıb. Maariflənmiş klub üzvlərinin iştirakı ilə istixanada mövsümə uyğun bitkilər əkilir. Əkilmiş bitkilərə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin mütəxəssislərinin tövsiyələri ilə qulluq edilir. Qarşıdakı günlərdə regionda olan tanınmış fermerlərlə “Gənc Fermerlərin Maraq Klubu”nun görüşlərinin təşkil olunacaq. Hər iki klubun üzvlərinin “Fermer Sahə Məktəbləri”də çarpaz görüşlər keçirərək, təcrübə mübadiləsi edəcəklər.
Hədəf məktəblərin IX-XI sinif şagirdlərinin könüllü gənclərindən ibarət “Gənc Fermerlərin Maraq Klubu”nun fəaliyyət imkanlarını genişləndirməkdir. Digər qəsəbə məktəblərində əlavə “Gənc Fermerlərin Maraq Klubu”nun fəaliyyətə başlamasına, bütövlükdə bütün bununla məktəblərin yuxarı sinif şagirdlərinin peşə seçimi probleminin həllinə, regionda gənc nəslin həyat və əmək fəaliyyətinə səmərəli hazırlanmasına çalışırıq. İcbari təhsili başa vuran gənclər sürətli dəyişən həyat şəraitində (elm,texnika, kommunikasiya, informasiya) cəmiyyətə faydalı və şəxsi maraqlarına uyğun əmək fəaliyyəti seçə bilər.
Layihənin ilk monitorinqi layihə çərçivəsində yaradılacaq monitorinq komissiyası tərəfindən həyata keçiriləcəkdir. Donor təşkilat tərəfindən də monitorinqlərin aparılmasına hər cür imkanlar yaradılır. Həyata keçiriləcək fəaliyyətlərlə bağlı mütamadi olaraq Təhsil Nazirliyinə məlumat verilir.
Layihənin davamlılığı olaraq “Fermer Sahə Məktəbi” tərəfindən görülmüş işlər və uğurlu nəticələr digər məktəblilərdə də marağı artıracaqdır. Yaradılmış FSM - in növbəti illərdə də yuxarı siniflərə keçən şagirdlərin marağına səbəb olacaq və onların “GFMK”na üzv olmasına şərait yaradacaq. Əldə olunmuş təcrübə digər məktəblərlə bölüşüləcəkdir. Məktəbli gənclərinin əməkdaşlığını yaradan və davam etdirən “Gənc Fermerlərin Maraq Klubu” nun sayının artırılmasını nəzərdə tutmuşuq ki, bununla bütövlükdə region gəncləri arasında əməkdaşlıq əlaqələri gücləndirmək və onların maddi təminatı mökəmləndirə bilərik.
Seminarlar, təlimlər, tədbirlər zamanı qiymətləndirmə və layihənin ümumi qiymətləndirilməsi həyata keçiriləcəkdir. Qiymətləndirmə hazırlanmış suallar vasitəsilə xüsusi vərəqdə qeyd olunacaqdır. Eyni zamanda layihə çərçivəsində Monitorinq planı da hazırlanaraq, fəaliyyətlər daxil ediləcəkdir. Layihənin problemin həllinə göstərdiyi təsir, keçirilən görüşlər, seminarlar və təlimlər zamanı ölçüləcəkdir. Layihənin qiymətləndirilməsinin aparılması üçün Dövlət Aqrar İnkişaf Mərkəzinin yerli nümayəndəliyinin tövsiyyələrindən də istifadə olunacaqdır.Həyata keçirilən fəaliyyətlərlə bağlı Gənclər Fonduna mütamadi məlumatlar verilir.
Bu gün işğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası və inkişafı hazırda qarşımızda duran əsas vəzifələrdəndir. Buna görə də həmin ərazilərdə kənd təsərrüfatı üzrə məsləhət - informasiya xidmətlərinin təşkil olunması və modul peşə təlimi sisteminin yaradılması çox zəruridir. Peşəyönümü probleminin düzgün həlli gənc nəslin gələcək taleyində mühüm rol oynayır. Bu problemin həlli cəmiyyətin gələcək məşğulluq problemləri ilə də sıx bağlıdır.
Şükufə Şirinova,
layihə rəhbəri