» » "Abidələrimizi tanıyaq və qoruyaq" adlı layihəyə start verilib


"Abidələrimizi tanıyaq və qoruyaq" adlı layihəyə start verilib

Biləsuvar Regional Mədəniyyət İdarəsi "Abidələrimizi tanıyaq və qoruyaq" adlı layihəyə  start verib.

"Bilesuvarinfo"nun
məlumatına görə, layihə çərçivəsində ilk tədbir 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub. Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi rəhbərliyi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Biləsuvar rayonu üzrə baş mütəxəssisi, mədəniyyət nümayəndələri və ictimaiyyət iştirak edib. 

Tədbirdə Biləsuvar rayonu ərazisində orta əsrlər abidəsi olan Çöl Ağdam şəhərciyinə ekskursiya təşkil edilib, iştirakçılara abidə haqqında geniş məlumat verilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan