» » Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması


Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Azərbaycanın dünyanın əksər dövlətləri ilə həm siyasi, həm də iqtisadi əlaqələri genişlənməkdədir. Bu əlaqələr qarşılıqlı inama, etibara, etimada və ehtirama əsaslanır. Azərbaycan dövləti neçə-neçə beynəlxalq dünyəvi təşkilatın üzvüdür.

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) da belə təşkilatlardan biridir.İyulun 4-də Xankəndi şəhərində İƏT-in 17-ci Zirvə görüşünün keçirilməsi də respublikamızın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. Prezident İlham Əliyev adıçəkilən təşkilatın 17-ci Zirvə görüşündəki çıxışında da sözügedən qurumla iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün müzakirə ediləcək məsələlərin xüsusi əhəmiyyət daşıdığını bildirərək deyib: “Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə, biz dünyada ön sıralardayıq. Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və İƏT-ə üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.Yeri gəlmişkən, son 22 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən ölkəmizin iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini gerçəkləşdirib. Şübhəsiz ki, bu uğurları dövlətmizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti şərtləndirib.Ölkəmiz tarixi baxımdan qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa – quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb.Dövlətimizin başçısı İƏT-in 17-ci Zirvə görüşündəki nitqində bu məsələlərə də toxunaraq Ermənistanın Azərbaycan ərazilərinin, təxminən, 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını vurğulayıb, eyni zamanda, bu müddətdə xalqımızın və dövlətimizin heç vaxt işğalla barışmadığını da diqqətə çatdırıb. Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdiyini, Ermənistanın isə 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktı imzalamağa məcbur olduğunu vurğulayıb. Prezident İlham Əliyev çıxışında hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparıldığını da diqqətə çatdırıb.

Taleh Cəfərov-İcra Hakimiyyətinin əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR