Həmyerlimiz elmi cərrahiyyə mərkəzin şöbə müdiri oldu - FOTO » Yerli İnformasiya Agentliyi
» » Həmyerlimiz elmi cərrahiyyə mərkəzin şöbə müdiri oldu - FOTO

Həmyerlimiz elmi cərrahiyyə mərkəzin şöbə müdiri oldu - FOTO

Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ümumi şöbəsinə yeni müdir təyin edilib. 

"Biləsuvarinfo" 
xəbər verir ki, bu vəzifəyə Ramil Məmmədli təyin olunub. 

Qeyd edək ki, Məmmədli  Ramil  Şamil  oğlu  7  aprel 1982–ci  ildə Biləsuvar rayonunda anadan olub. 

O, 2000-2004 - cü illərdə H. Əliyev  adına Azərbaycan  Ali  Hərbi  Məktəbində təhsil alıb. Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyasının "İnzibati  İdarəetmə"  fakültəsində də təhsil alaraq, Menecment  ixtisasına yiyələnib.

Ramil Məmmədli əmək fəaliyyətinə  Silahlı Qüvvələrdə başlayıb. 2005-2009-cu illərdə zabit kimi müxtəlif  vəzifələrdə  çalışıb. Daha sonra, Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış üzrə  Dövlət  Xidmətinin Biləsuvar  rayon şöbəsində, Azərbaycanın  Milli  Qəhrəmanı  Mübariz  İbrahimov adına  Biləsuvar lisey-məktəb  təhsil kompleksində, Lənkəran İstək Liseyində və Biləsuvar şəhər  texniki  fənnlər  təmayüllü  məktəbində müvafiq vəzifələrdə çalışıb. Bu vəzifəyə təyinatadək  Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsində şöbə müdüri olub.

.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran