» » Aşağı Cürəlidə şəhid ailələri ziyarət olundu


Aşağı Cürəlidə şəhid ailələri ziyarət olundu

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun Aşağı Cürəli kəndində olaraq, Qarabağ Müharibəsi şəhidlərinin ailələri ilə görüşüb.

"Bilesuvarinfo" 
xəbər verir ki, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin və  kənd rəsmilərinin iştirak etdiyi görüşdə şəhid valideynləri və yaxınlarının qayğıları öyrənilib.

Qarabağ Müharibəsi şəhidlərinin ailələrinin ziyarətində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yağı düşmən üzərindəki Zəfəri ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.

Görüşdə şəhid valideynləri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan