» » Bu dəfə “Asan xidmət"in də işini iflic etdilər


Bu dəfə “Asan xidmət"in də işini iflic etdilər


Ölkədə əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün ardıcıl müvafiq tədbirlər görülür. Bu istiqamətində atılan addımlara regionlarda da elektrik şəbəkələrinin xidməti ərazilərində təmir-bərpa və yenidənqurma işləri davam etdirilməsi, eləcə də bu sahə üzrə yeni stansiyaların istifadəyə verilməsi daxildir. Biləsuvarda ektrik enerjisi sahəsində son illərdə həyata keçirilən layihələr Biləsuvar şəhərinin bir hissəsində bir elektrik enerjisi təsərrüfatında infrastrukturun yenidən qurulması və müasirləşdirilməsinə imkan verib. Rayonda bir çox kəndlərin ardınca, hal-hazırda Dəvrişli, Təzəkənd və Amankənd kəndlərində müasir elektrik verilişi xəttlərinin, transformator məntəqəsinin quraşdırılması yekunlaşdırlımaq üzrədir.


“Bilesuvarinfo” xəbər verir ki, bununla yanaşı rayonda elektrik  enerjişi təsərrüfatında nöqsanların yenə də çoxluğu, xüsusilə küləkli və elektrik enerjisinə təlabatın artığı günlərdə özünü göstərir. Bu haqda sakinlər müraciətlərində onu da qeyd etmişlər ki, yaranan fasilə bəzən saatlarla davam etmiş: “Biləsuvar şəhərinin bir hissəsini elektriklə təmin edən 4 saylı, 10 kilovotluq hava verilişi xəttində, vaxtaşırı fasilələrin olması narahatçılıq yaradır. Bu xəttin “ömrünü” başa vurmasıdır fasilələrə yol açan. Əlaqədar qurumlar bu haqda məlumatlı olsa da, problemin həlli üçün ciddi tədbir görülmür. Dünən belə halın bir daha təkrarlanması, elektrik enerjisinin verilişində yaranan bir saatdan çox fasilə, səyyar “Asan” xidmətinin də fəaliyyətini iflic etdi. Növbə gözləyən çoxsaylı sakinlərin narahatçılığı nəzərə alınaraq, Biləsuvar Rayon Notariat Kontoru sakinlərə xidmətini öz binasında davam etdirməli olur.” 


Sakinlərin məsələ ilə bağlı şikayətinə aydınlıq gətirmək üçün Biləsuvar Paylayıcı Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. Şəbəkədən bildirildi ki, dünənki yaranan fasilə yarımstansiyada yağ açarlarının mühafizə sistemində yoxlama ilə əlaqədar olub. Biləsuvar şəhərini elektrik enerjisi ilə təmin edən 4 saylı xəttin normalara cavab verməməsi isə təksib olundu. Bildirildi ki, sakinlər tərəfindən xətt ətrafında əkilən iri gövdəli agacların olması, bəzən bizə də bu ağacların budanılmasına imkan verilməməsi küləkli havada qəzaya yol açır.


 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan