Piyada keçidlərinin zolaqları bərpa edilir » Yerli İnformasiya Agentliyi
» » Piyada keçidlərinin zolaqları bərpa edilir

Piyada keçidlərinin zolaqları bərpa edilir

Yeni dərs ilinin başlaması ilə əlaqədar Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi işlərini həyata keçirir.

“Bilesuvarinfo” xəbər verir ki, növbəti tədbir Biləsuvar rayonunda keçirilib. 
 
 Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 11 saylı Cəlilabad Regional İstismar sahəsi tərəfindən işlər görülüb. Sahə rəisi Arif Səfərov bildirmişdir ki, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaqdır:
- Biləsuvar rayonunun insanların sıx olduğu bəzi küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir. Daxil olan vətəndaş müraciətləri, eyni zamanda, Biləsuvar DYP - i əməkdaşları tərəfindən müəyyən edilən ünvanlarda yol nişanları ilə bağlı müvafiq tədbirlər görülür.

Əməkdaşlarımız tərəfindən Biləsuvar şəhərində lisey və məktəblər, bağçalar qarşısında və işıqforların altında silinmiş piyada keçidlərinin zolaqları bərpa edilir. Eyni zamanda çatışmayan yol nişanları quraşdırılıb, köhnə və istismara yararsız yol nişanları yeniləri ilə əvəz olunub. Azərbaycan Respublikası DIN-in Kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DIN-in Baş Dövlət Yol Polisi Idarəsi və onun yerlərdəki qurumları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində  bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.
  Biz də öz növbəmizdə, regional idarənin tabeliyində olan Cəlilabab, Biləsuvar, Salyan və Neftçala rayonlarında nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək üçün üzərimizə düşən işləri ardıcıl həyata keçirməyə çalışırıq.

Qələmə aldı: Səlamət Biləsuvarlı 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan