» » Biləsuvar rayonundan nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir


Biləsuvar rayonundan nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir. Qardaş ölkəyə səfər edən nümayəndə heyətinin tərkibinə Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Əlisultan Sadıxov, Biləsuvar Rayon Gənclər və idman İdarəsinin rəisi Azad Quliyev və Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar bağça-məktəb-lisey kompleksinin icraçı direktoru Aqşin Bağırov daxildir.
“Bilesuvarinfo” xəbər verir ki, Türkiyənin Dənizli vilayətinin Çameli Səfər Çameli bələdiyyəsinin dəvəti ilə,  24 avqust tarixindən səfərdə olan nümayəndə heyəti qardaş ölkədə bir sıra tədbirlərdə iştirak edir. Biləsuvar rayonu ilə qardaşlaşma əlaqələri qurulmuş  Çameli şəhərində səfər çərçivəsində, nümayəndə heyəti 24 - 27 avqust 2022-ci il tarixlərində Çamelidə keçiriləcək 8 - ci Beynəlxalq Mədəniyyət, Turizm, Kənd Təsərrüfatı və Təbiət İdmanları Festivalında iştirak edərək və bir çox tədbirlərə qatılacaqlar.

Qeyd edək ki, 8 - 13 may 2022-ci il tarixlərində rayonlarımızın qardaşlaşması protokolunu imzalamaq üçün Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli ilçəsindən gələn nümayəndə heyəti Biləsuvar rayonunda olaraq bir çox tədbirlərdə iştirak etmişlər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan