- 20 mart, 03:33
- 660 dəfə oxunub
- 0
Putinin debat təklifinə Baydendən - Cavab
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putindən gələn onlayn görüş təklifinə cavab verib.
“bilesuvarinfo.az” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
“Bir nöqtədə görüşəcəyimizə əminəm”, - C.Bayden qeyd edib.
O , jurnalistlərin Rusiyaya əlavə sanksiyalarla bağlı sualını da cavablandırıb:
“Zamanla gələcək”.
Qeyd edək ki, dünən Putin Baydeni cümə və ya bazar ertəsi onlayn debata çağırmış, Ağ Evdən isə Baydenin vaxtının olmadığı bildirilmişdi.