Koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb. O, 69 yaşında dünyasını dəyişib. Qeyd edək ki, B.Əşrəfov bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.