- 8 fevral, 17:05
- 1 464 dəfə oxunub
- 0
Vətəndaşların sevgi və hörmətini qazanan Vaqif həkim
"Bilesuvarinfo" xəbər verir ki, bu haqda "Biləsuvar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in facebook səhifəsində məlumat verilib.
Bu haqda məlumatda qeyd olunur:
- Ömrünün 46 ilini tibb sahəsinə həsr edən, öz işinin peşəkarı olan Məlikov Vaqif Fərzulla oğlunun 70 yaşı tamam olur.
V.Məlikov 08.02.1952-ci il ildə Puşkin rayonunda (indiki Biləsuvar) ziyalı ailəsində anadan olmuşdur.
O, 1969-cu ildə orta məktəbi qızıl medal ilə bitirib, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olmuşdur. Və həmin İnstitutu 1976-cı ildə fərqlənmə diplomu ilə bitirib.
Təyinat ilə Biləsuvar RMX-da cərrah kimi fəaliyyətə başlamış V.Məlikov 46 il ərzində müxtəlif vəzifələrdə müalicə işləri üzrə müavin, baş həkimin müavini, poliklinika şöbəsinin müdiri, cərrah işləmişdir.
Fəaliyyət göstərdiyi müddət ərzində həm Biləsuvar RMX-nın kollektivi arasında, həm də vətəndaşlar arasında böyük sevgi və hörmət qazanmışdır.
Biləsuvar RMX-nın kolllektivi olaraq hörmətli həkimimizi ad günü münasibəti ilə təbrik edirik, ona uzun ömür, can sağlığı arzu edirik!