- 14 fevral, 20:42
- 1 272 dəfə oxunub
- 0
Şəhid Rövşən Eynullayevin 22 yaşı tamam oldu
"Bilesuvarinfo" xəbər verir ki, 44 günlük Vətən müharibəsi şəhidi Rövşənin bu gün doğulduğu Biləsuvarın Nərimankənd kəndində 22 yaşı onsuz qeyd olunub. Rayon içtimaiyyətinin nümayyəndələri, şəhidin döyüş yoldaşları, onun ata oçağını ziyarət etmiş, məzarı önündə olaraq əziz ruhuna dualar oxuyub.
Rövşən Eynullayev Vətən müharibəsi başlanan andan müddətdən artıq hərbi xidmət qulluqçusu olduğu kəşfiyyat bölüyündə düşmənin müdafiə xəttini yaran ilk cəsur oğullardandı. Bu peşəkarlıq, xüsusi döyüş taktikasını bacarmaq istedadı onda təsadüfi deyildi. O, 2018-2019-cu illərdə əsgəri xidmətini Murov dağ ətəyində keçmişdi. Düşmənin murdar, çirkin niyyətinə dəfələrlə sədd çəkərək, onları layiqli cavabı ilə geri oturtmuşdu. Doğma Qarabağ torpaqlarının azadlığı uğrunda canından keçməyə hazır olan Rövşən sentyabrın 27-də bu ağır savaşda Füzuli istiqamətindən böyük hünər göstərir.
Şəhidin anası Aynurə Eynullayeva demişdir ki, oğlumun sinəsi gənclik arzu-istəkləri ilə aşıb-daşsa da, Vətən eşqini hər şeydən uca tutdu o, çünki Vətən üçün doğulmuşdu.
Elşən Eynullayev (şəhidin atası) qəhrəmanımızın doğum günündə iştirak edən hərbçi yoldaşlarının dilindən müharibənin ilk anlarında Rövşənin Füzuli uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətləri eşitdikcə, iftixar və qürur hissi keçirirdi.
Anım günündə bir daha qeyd olunmuşdur, dövlət, xalq birliyi, Vətən sevdalı ərənlərimizin misilsiz rəşadətləri, bizə bu gün 30 illik işğalda qalan torpaqlarımıza ayaq basmağa imkan verib. Şəhidlərimizin müqəddəs ruhu qarşısında hər zaman borcluyuq!.
20 yaşlı şəhid Rövşən Eynullayev Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilərək "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.