Bu gün Vətən muharibəsi şəhidi Əlizadə Nəriman Nurəhməd oğlunun 23 yaşı tamam olur.
"Biləsuvar info" xəbər verir ki, Biləsuvar rayon içtimaiyyətiinin nümayəndələri şəhidimizin doğulduğu ata ocağında olmuş və Biləsuvar şəhər qəbiristanlığında məzarını ziyarət etmişlər.
Qeyd edək ki,Nəriman Əlizadə 1998-ci ilin 06 aprelində Biləsuvar şəhərində anadan olmuşdur. Orta təhsilini rayonda başa vurduqdan sonra, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Bacarıqlı futbolçu olmuş N.Əlizadə "Rəvan" və "Neftçi" futbol klublarının aşağı yaş qruplarında çıxış edib.
Hərbi xidmətdən bu ilin iyul ayında qayıdan şəhidimiz Vətən müharibəsi başlayan zaman yenidən ordu sıralarına cəlb olunub. Nəriman Əlizadə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə güllə yarası alaraq, qəhrəmancasına şəhid olub.
Nəriman ali təhsilini başa vurub həqiqi hərbi xidmətə yollanıb. Vətən muharibəsində Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub və şəhidlik zirvəsinə ucalmışdır. Nəriman şəhadətindən sonra müzəffər Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" "və Füzulinin azad olunmasına görə" medalıları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!