![](https://upload.wikimedia.org/wikipedia/az/thumb/5/58/%C4%B0lkin_M%C9%99mm%C9%99dov.jpg/800px-%C4%B0lkin_M%C9%99mm%C9%99dov.jpg)
İlkin Məmmədov 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. İlkin Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid İlkin Məmmədov 6 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İlkin Fərhad oğlu Məmmədov "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.