» » » Şəhid Bayramov Osman Zeyqam oğlu


Şəhid Bayramov Osman Zeyqam oğlu


Osman Bayramov 1987-ci il fevralın 13-də Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.
 
Azərbaycan Ordusunun əsgəri olan Osman Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Osman Bayramov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Ağalı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi