![](/uploads/posts/2022-02/medium/1646061601_20220228_191635.jpg)
Bununla məqsədim, idmandan uzaq düşən idmançı gəncləri idmana qaytarmaq və idmanın hər yaşda insana müsbət təsirini göstərmək istəyirəm – demişdir.
![](/uploads/posts/2022-02/medium/1646061616_received_370634901271664.jpeg)
Qeyd edək ki, Biləsuvar rayon Bəydili kənd sakini Kazımov Zəfər Hüseyin oğlu 1980 ci il təvəllüdlüdür. Ali təhsilli idman müəllimi, ixtisası boksçudur. Gənc yaşlarından çoxsaylı idman yarışlarının qalibi olub. Sonuncu dəfə, idman yarışında 2003-ci ildə iştirak edib.
O, 2019 - cu ildən Biləsuvarda fəaliyyət göstərən “Zəfər” döyüş klubunun direktoru və eyni zamanda boks və universal döyüş növləri üzrə məşqçi müəllimi kimi çalışır. Rayonda idmanın inkişafında çalışır ki, yaxından iştirak etsin. Cüdo, boks, sərbəst güləş və universal döyüş növlərinində gənclərimizin daha sağlam və güclü, vətənpərvər yetişməsinə təkan verir.
Z.Kazımov saytmıza açıqlamasında, gənclərin idmana marağının artırılmasında və onların zərərli vərdişlərdən uzaq olması üçün Biləsuvar ziyalıları, iş adamları və nüfuzlu şəxslərindən dəstək də istəmişdir.
![](/uploads/posts/2022-02/1646062330_fb_img_1646062091999.jpg)