- 20 iyul, 21:11
- 946 dəfə oxunub
- 0
Əmisi oğlunu xilas etdi, özü boğuldu...
“Bilesuvarinfo” xəbər verir ki, hadisədə həyatını itirən Fərid Məmmədov Biləsuvar şəhəri 8 mart küçəsi sakinidir.
Yaşadıqları evin yaxınlığından axan Bolqarçayda çimən məktəblilərdən biri çayda boğulub.
Çayda boğularaq dünyasını dəyişən Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğludur. Onunla, çimərkən yanında bir neçə yaş kiçik olan dostları olub. O, 10 yaşlı əmisi oğlunun boğulmasını görərək, suya atılıb. Onu suyun dayaz hissəsinə çıxarmağa nail olsa da, ozü yorulduğundan çayda boğulub.
Orta məktəbin 9-cu sinifini başa vuran F.Məmmədli ailənin tək oğul övladı idi. Qonşuların dediyinə görə,tərbiyəli, dərslərini əla qiymətlərlə oxuyan şagird olub.
Qeyd edək ki, yay fəslində sözügedən çayda suyun dərinliyi xeyli dayaz olsa da, hazırda əkin sahələrinin suvarılması ilə əlaqədar vurulan bəndə görə, çayın hadisə baş verən hissəsində suyun dərinliyi təxminən 2 metrə yaxındır.