- 20 yanvar, 17:04
- 552 dəfə oxunub
- 0
Biləsuvarla Binəqədinini birləşdirən qəhrəmanlıq tarixi
“Bilesuvarinfo” xəbər verir ki, hazırda Bakı şəhəri, Binəqədi rayon Gənclər və İdman İdarəsində məsul vəzifədə çalışan gənclərdən olan Sahil Hüseynzadə fecbook sosial şəbəkəsində bu haqda danışarkən demişdir:
- Baba Xammədov Biləsuvarda doğulsa da, ailəsi ilə Binəqədi rayonunun Biləcəri qəsəbəsində məskunlaşmışdır. 19-dan 20-nə keçən gecəni Sovet ordusunun Biləcəridə insanların başına gətirdiyi qanlı hadisələr, gecə yarısı evlərinə yağan güllə yağışı ilə qarşılayır Xammədovlar ailəsi.
Qanl yanvarın 19-u Baba Xammədov boğazından güllə yarası alır və ailə gecəni xəstəxanada keçirsə də Babanı xilas etmək olmur. Elşən o günləri acı xatirələri, ata itkisi ilə yaşasa da, amma indi həmin qəhrəmanlıq tarixini hüznlə deyil, qürurla xatırlayır. Çünki biz azadlığımızı həmin gün, şəhidlərimizin qanı bahasına qazandıq.
Vətənimizin azadlığı uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.