Biləsuvar rayonunda Od çərşənbəsinə həsr olunmuş bayram tədbiri keçirilib. “Bilesuvarinfo” xəbər verir ki, rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə od çərşənbəsinə həsr olunmuş bayram tədbiri rayonun Təzəkənd kəndində təşkil edilmişdir.