- 22 fevral, 23:22
- 594 dəfə oxunub
- 0
On ildir çəkilmişdi, işıqları indi yandı
"Bilesuvarinfo" xəbər verir ki, bir müddət öncə ərazidə başlanan təmir - bərpa işləri yenicə yekunlaşıb.
Bu haqda sayta məlumat verən küçə sakinləri qeyd etmişlər ki, 2012 - ci ildə küçəmiz əsaslı yenidən tikilərkən qurulan işiq dirəklərinin elektrik təminatı işinin olduqca keyfiyyətsiz aparıldığından, bir neçə aydan sonra küçə yenidən qaranlığa qərq olub. Ötən dövürdə əlaqədar qurumlara etdiyimiz təkrar müraciətlər cavabsız qalmışdır: "Nə yaxşı ki, küçəmizdəki mövcud bu vəziyyət nəzarətə götürüldü, küçəmizin yeraltı elektrik xətti yenisi ilə əvəzləndi, indi küçəmiz gündüztək işıqlıdır. Bu işdə zəhməti olan hər kəsə, rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk."