- 22 fevral, 21:28
- 797 dəfə oxunub
- 0
Qabil Xammədovu sədr seçdilər
"Bilesuvarinfo" xəbər verir ki, YAP Biləsuvar rayon təşkilatının növbəti hesabat yığıncağı 40 saylı şəhər ərazi partiya təşkilatında keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda ərazi partiya təşkilatı sədrinin hesabatı dinlənilib. Görülən işlər geniş müzakirə edilərək, qarşıda duran vəzifələr dəmüəyyənləşdirilib. Gündəlikdə duran digər məsələ - ərazi partiya təşkilatının sədri Qabil Xammədov və sədr müavini isə İradə Məmmədova seçilmişdir.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, partiyanın proqram və nizamnaməsinin tələblərindən geniş bəhs etdi.Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.