- 18 fevral, 19:31
- 778 dəfə oxunub
- 0
Hesabat - seçki yığıncaqları keçirilir
“Bilesuvrinfo” xəbər verir ki, növbəti tədbir bu gün 10 və 12 saylı şəhər ərazi partiya təşkilatında keçirildi. Yığıncaqlarda gündəlikdə duran məsələ - ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi və ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur.
Tədbirlər öncəsi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda ərazi partiya təşkilatı sədrlərinin hesabatı dinlənilmiş, təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Hesabat dövründə görülən işlər geniş müzakirə olunaraq, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Partiyanın sözügedən ərazi təşkilatların sədr və müavinləri seçilib.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi. Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. K . Qurbanlı ötən hesabat dövrü ərzində ərazi təşkilatlarının fəaliyyəti ilə baglı fikirlərini bölüşdü. Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.