Əziz dostlar,
Bilirsiniz ki, Biləsuvar Aran iqtisadi-coğrafi rayonuna daxildir, Muğan düzündə yerləşir, İqlimi yayı isti və quru, qışı mülayim keçir. Bu isti hava şəraiti rayonun kənd təsərüffatı baxımdan əlverişli aqrar imkanlar və nailiyyətlər əldə etməyi zəruri etsə də, rayonumuzun "yaşıl don"a həqiqətən ehtiyacı var. Çünki "Meşələr planetimizin ağciyəri" fikri sağlam həyat tərzini ehtiva edir. Bu səbəbdən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və dəstəyi ilə rayonda 3 ha yaxın ərazidə park salınıb, son 7-8 ayda 15 mindən artıq ağac əkilib. Qarşıda Palıd bağları, "Qızılgül bağı" nın salınması hədəflənib.
Atılan effektiv addımlardan biri də palıd qozalarından faydalı istifadə etməklə təbiətə töhvə vermək, eləcə də rayonumuzun yaşıllıq zolaqlarını genişləndirməkdir. Təşəbbüsə ilk olaraq Mübariz Liseyi -Milli Qəhrəman M.İbrahimov adına
Biləsuvar Təhsil Kompleksi "Palıd necə böyüdü? " layihəsi ilə başladı, davamı olaraq
Müasir Gənclərin İnkişafına Dəstək İB "1001 palıd" layihəsi, Biləsuvar Gənclərin Karyera və İnkişaf Mərkəzi "Palıd necə böyüdü? " və
Biləsuvar Rayon Gənclər və İdman İdarəsi "Hər evə bir palıd" layihələrinə start verdilər.
Təşəbbüsə qoşulan hər kəsə təşəkkür edirik. Əminik ki, yaxın 5 illikdə "ağ qızıl"in məkanı, Qəhrəmanlar diyarı olan rayonumuzu " Yaşıl Biləsuvar "a döndərəcəyik.
Leman Yuzbashova Biləsuvar Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri