» » Təmiz Bolqarçay! - Buna hər kəs çalışacaqmı?


Təmiz Bolqarçay! - Buna hər kəs çalışacaqmı?


     Bu gün Biləsuvarı ikiyə bölən “Bolqarçay”dan adlayırdıq, keçdiyimiz körpüdən ətrafdakı səliqə-səhman əvvəl rastlaşdığımız mənzərənin tam əksinə idi. 

     "Biləsuvar info" xəbər verir ki, bu haqda sosial şəbəkədə verilən məlumatda daha sonra  vurğulanır: " Bir müddət öncə, bu körpüdən keçərkən rastlaşdığımız mənzərə, hər kəs kimi bizdə də acı təəssüf hissi doğururdu. Bu xoşagəlməz mənzərə ilə bağlı çəkdiyimiz (24 fevral 2020) vidiogörüntüləri  paylaşmaq istəyərkən,  “qeyri təəssübkeşlik” qınağına tuş gələcəyimzdən ehtiyat etmişdik.

     ... Nə isə problem nə bu günün, nə də dünənindi,  yarnmış mənzərənin müqəssiri hər kəsdir. Gəlin  etiraf edək, həyətimizdən, məişətdən çıxan zibil tullantılarının zərərsizləşdiriliməsinə hər kəs əmin deyil. Çoxları öz məişət zibilini gözdən uzaq yerə atmaqla, zibilinin özündən uzaq olmasına çalışır. Bəs sonda, nə olur; bu şahidi olduğumuz acı bir mənzərə, acı bir həqiqət!..

     Söhbətimizin davamı olaraq, yekunda “Təmiz bolqarçay” ekoloji marafonuna qayıdırıq. Biləsuvarımızın könüllü gənclərinin ( "Muasir Gəncləin İnkişafına Dəstək" İB  ) bu mövzuda keçirdiyi nəcib aksiya çərcivəzindən çayın zibil tullantılarından təmizlənilməsinə başlanılıbdır. Arzu edirik, qanı bir, Vətənini öz namusu qədər sevən hər bir Biləsuvarlı nəinki bu çaya, rayon ərzisində nəzərdə tutulmayan yerə zibil tullantısını atmasın. Və , ən əsası : Biləsuvar şəhərində zibil tullantılarının daşınması bütün küçələrdə təşkil edilsin və sakinlər  bu işdə bu qurumların müqavilə təklifinə əməl etsin!. Sözsüz, belə olarsa, gələcəkdə “Təmiz bolqarçay” aksiyasına ehtiyac olmadan, Biləsuvarın yaradılışı ilə bağlı olan bu çayımız hər zaman təmiz olar!.".

          Elmar Şahbazlı


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR