» » Ötən bir il mənə həm də seçicilərim arasında yaxşı dostlar qazandırıb-Deputat Bəhruz Məhərrəmov


Ötən bir il mənə həm də seçicilərim arasında yaxşı dostlar qazandırıb-Deputat Bəhruz Məhərrəmov


    Ötən bir il mənə həm də seçicilərim arasında yaxşı dostlar qazandırıb. 
İsmətli kəndindən Tükəz Qurbanova ilə seçki kampaniyası zamanı tanış olmuşuq. Elə o zaman məni evinə qonaq dəvət etmişdi. Qismət bu dəfəki səfərimizə imiş. Çağırılmamış getsək də, çox sevindi, gözəl bir çay dəmlədi, elə həyətdəcə oturub xeyli söhbət etdik. 

    Günəşli kəndindən Nəcəf Şahverənovla isə sosial şəbəkə üzərindən, maraqlı bir məktubla müraciəti əsasında tanış olmuşuq. Nəcəf əlinin zəhməti ilə yaşayan dəyərli bir insandır, mənə müraciət edib zəhmət haqqı almadan şəhidin evində pulsuz işləməyi təklif etmişdi. O zamandan özümə söz vermişdim ki, onu mütləq evində ziyarət edim, getdim, özü ilə ailə üzvləri ilə yaxından tanış oldum və getməyimə də məmnun oldum.

    Həmçinin seçki prosesində tanış olduğum digər şəxslər, savadlı müəllimlərimizdən Elmin Nuri, perspektivli gənclərimizdən Rüstəm Mehdi ilə rayon mərkəzində görüşdük, səmimi söhbətimiz oldu.

    BƏHRUZ MƏHƏRRƏMOV
    Milli Məclisin Deputatı




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR