» » Şəhid Pərvin Əliyevin təhsil aldığı sinif otağına onun adı verildi - Şəkillər


Şəhid Pərvin Əliyevin təhsil aldığı sinif otağına onun adı verildi - Şəkillər

Bu gün şəhidimiz Pərvin Əliyevin doğum günüdür. Bu əlamətdar gündə Nərimankənd tam orta məktəbin kollektivinin təşəbbüsü ilə Pərvin Əliyevin vaxtı ilə təhsil aldığı sinif otağına onun adı verilib, sinifdə onun guşəsi yaradılıb. 

Milli Məclisdə Hökumətin fəaliyyəti haqqında hesabat dinlənildiyi üçün tədbirə videoformatda qatıla bildim, şəhidimizin anası, həm də təcrübəli pedaqoq olan Rəfiqə müəllimə ilə, eləcə tədbir iştirakçıları ilə xoş ünsiyyətimiz oldu.

Allah Pərvin başda olmaqla bütün şəhidlərimizə rəhmət eləsin, hər birinin xatirəsi bizim üçün əzizdir!

     Bəhruz Məhərrəmov
     Milli Məclisin Deputatı



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR