» » Regionda böyük iqtisadi layihələrin həyata keçirilməsi günün tələbidir.


Regionda böyük iqtisadi layihələrin həyata keçirilməsi günün tələbidir.

    Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni dövrün reallıqlarına uyğun prioritetlərin və onların icrası mexanizminin müəyyənləşdirilməsinə xidmət edir. Artıq ölkəmizin həyatında yeni dövr-quruculuq, bərpa dövrü başlayıb: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsi sistemli şəkildə həyata keçirilir. Yeni sənəddə də bu məqamlar öz əksini tapır ki, Qüdrətli dövlət, yüksək rifah hər zaman həyata keçirilən siyasətin əsasını təşkil edir. Bu reallıq bir daha önə çəkilir ki, Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. 
    İşğalçı Ermənistan üzərində tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkənin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafımıza böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. 
      Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması da bugünədək həyata keçirdiyi təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Yeni təsdiqlənən sənədə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının müəyyənləşdirdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrasında da xüsusi əhəmiyyət kəsb edir. Bu gün əsas çağırış işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsidir. Bu ərazilərdə bərpa işlərinin həyata keçirilməsinə dost ölkələrin şirkətləri də cəlb edilir. Dövlətimizin başçısı İlham Əliyev bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün bizə yaxşı tərəfdaşlar lazım olacaq. Bərpa işlərinin o qədər də asan olmadığı belə əsaslandırılır ki, işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən bütün binalar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər şey sıfırdan başlanacaq.

         Azər Qədimov
         Ağayrı kənd sakini 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR