- 22 oktyabr, 13:28
- 483 dəfə oxunub
- 0
Şəhidlik zirvəsinə ucalan Teymurzadə Nahid Üzeyir oğlunun xatirəsi anıldı
Biləsuvar rayonunda daha bir şəhid, Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nahid Teymurzadənin xatirəsi ehtiramla anılıb.
“Bilesuvarinfo” xəbər verir ki, şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin Günəşli kəndidə olan ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Anım mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılarkən qeyd olumuşdur ki, xalqımızın fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaqdır.
Qeyd edək ki, Teymurzadə Nahid Üzeyir oğlu 1997-ci ilin 23 iyununda Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. İsmətli kənd tam orta məktəbdə orta təhsil almışdır. Həqiqi hərbi xidmətini 2017-ci ilin aprel ayına başa vurmuşdur.
N. Teymurzadə Vətən müharibəsinə könüllü şəkildə qoşulmuş, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 23 yaşlı şəhidimiz 22 oktyabr 2020-ci il tarixində anadan olduğu kəndin məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!