» » Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib


Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib



Sentyabr ayının 14-də Biləsuvar rayonun Ağalıkənd kəndində şəhid Məmmədov Məhəmməd Bilal oğlunun və Amankənd kəndində şəhid Hüseynov Ziyarət Mail oğlunun birinci ildönümləri ilə əlaqədar anım mərasimləri keçirilib.

Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideyinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə qəhrəman şəhidilərimizin  şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun Komando qüvvələrinin giziri olmuş Məmmədov Məhəmməd Bilal oğlu 15 dekabr 1995- ci ildə Biləsuvar rayonun Ağalıkənd kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində FüzuliXocavənd və Şuşa istiqamətində gedən döyüşlərində iştirak edib. 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Məhəmməd Bilal oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə  ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olmuş Hüseynov Ziyarət Mail oğlu 15 may 1994-cü ildə Biləsuvar rayonun Amankənd kəndində anadan olmuşdur. 2016-ci ilin aprel döyüşlərində, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində Cəbrayıl, Laçın, Kəlbəcər və Şuşa istiqamətində gedən döyüşlərində iştirak edib. 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Hüseynov Ziyarət Mayıl oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə  ölümündən sonra isə 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib