» » » Şəhidlərin doğum günündə xatirələri anılıb


Şəhidlərin doğum günündə xatirələri anılıb


Sentybar ayının 7 - də Biləsuvar rayon Təzəkənd kəndində I Qarabağ müharibəsi şəhidi Quliyev Tacəddin Allahverdi oğlunun  Ağalıkənd kəndində  II Qarabağ müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlunun doğum günləri ilə əlaqədar ailələri ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, Qarabağ müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdiyi xidmətlərindən və şücaətlərindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Daha sonra kənd qəbirstanlıqlarında şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş  Quliyev Tacəddin Allahverdi oğlu 7 sentybar 1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. 8 oktyabr 1993-cü ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 aprel 1994-cü ildə Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ-su olmuş Qurbanov Ruslan Üzeyir oğlu 7 sentybar 1991-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Murovdağ yüksəkliyində şəhid olmuşdur. 2 oktyabr 2020- ci ildə Ağalıkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qurbanov Ruslan Üzeyir oğlu  ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” və medalları ilə təltif edilib. 

Şəhid Quliyev Tacəddin Allahverdi oğlu və Qurbanov Ruslan Üzeyir oğlunun adları əbədiləşdirilərək böyüyüb boya başa çatdıqları kəndlərin küçələrindən birinə verilmişdir. 

Allah rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib