![](/uploads/posts/2023-09/medium/1693731755_646644204bd6a646644204bd6b1684423712646644204bd66646644204bd68.jpeg)
Ötən gün axşam saatlarında Biləsuvarın Bəydili kəndi ərazisində "VAZ 2106” və “Priora” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı qəzası baş verib.
"Bilesuvarinfo" xəbər verir ki, qəzada rayon sakinləri olan 5 nəfər gənc müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlardan ikisinin xəsarəti daha ciddi olub - birinin qıçı, digərinin isə əl barmağı sınıb.
Faktla bağlı araşdırma aparılır.