» » “Xırmandalı Kənd Təmizlik” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb


“Xırmandalı Kənd Təmizlik” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb


Xırmandalı kəndində məişət tullantılarının yığılması və utilizasiyası həyata keçiriləcək.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurov, Rayon Ağsaqqalar Surasının sədri Akif Kazımov və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə Xırmandalı kəndində keçirilən tədbirdə yeni yaradılmış “Xırmandalı Kənd Təmizlik” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.  

Bildirilib ki, əhalisinin sayı 10 min nəfərdən artıq olan Xırmandalı kəndi rayonun ən sıx məskunlaşmış yaşayış məntəqələrindən biridir. İnsanların kompakt  şəkildə yaşadığı bu yaşayış məntəqəsində məişət tullantılarının idarə edilməsi problem olaraq qalırdı. Yaranmış problemin həlli istiqamətində verilmiş təkliflər nəzərə alınaraq kənddə yeni yaradılan “Xırmandalı Kənd Təmizlik” Məhdud Məsuliyyətli Cəmiyyəti burada məişət tullantılarının yığılması və utilizasiyasını həyata keçirəcəkdir. 

Tədbirdə müəssisənin fəaliyyəti barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş və onların sualları cavablandırılmışdır. 
Kənd sakinləri bu istiqamətdə fəaliyyət göstərəcək müəssisənin yaradılmasını sevinclə qarşılanmış və bu sahədə təşəbbüs göstərən şəxslərə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, yeni yaradılmış müəssisə kəndin təmizliyi ilə yanaşı, xüsusilə də Bolqarçay çayın kəndin ərazisindən keçən hissəsinin də zibillənməsinin qarşısının alınmasında böyük əhəmiyyəti olacaqdır. 

Hazırda müəssisənin fəaliyyəti məqsədilə sakinlərlə müqavilələrin bağlanmasına başlanılmışdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan