» » "...Bizim ömrümüz çatsın ki, o məktəbdə dərs deyə bilək."


"...Bizim ömrümüz çatsın ki, o məktəbdə dərs deyə bilək."

Biləsuvarın Bəydili kənd tam orta məktəbi qəzalı durumdadır

"Bilesuvarinfo" xəbər verir ki, bu haqda "ARB" televiziyasında efirə geden sujetdə məktəbin acınacaqlı durumundan ətraflı  söhbət açılmışdır: "Qapısı, pəncərəsi salxaq, dam örtüyü çökmüş  40 yaşlı təhsil ocağında müəllimlər dərs keçməkdən qorxur... Sakinlərin müraciətini nəzərə alıb üz tutduq həmin ünvana. Biləsuvarın qocaman təhsil ocaqlarından olan Bəydili kənd tam orta məktəbinə. Doğrudan da rastlaşdığımız mənzərə bizi də məktəbin doğma kollektivi kimi çox məyus etdi. İllərdir yetirdiyi ünlü ziyalıları ilə tanınan təhsil ocağı indi baxımsızlıq üzündən sanki üzümüzə baxa bilmirdi. 644 şagirdin təhsil aldığı qapısı, pəncərəsi, döşəməsi olmayan, dam örtüyü çoxdan yararsız vəziyyətdə düşmüş  ikimərtəbəli bina nəinki kollektivin, valideynlərin də giley yerinə çevrilib. Odun peçi ilə isidilən otaqlarda istidən çox tüstü göz çıxarır.  Sakinlər deyir ki, xüsusən qış aylarında uşaqlarımızı məktəbə qoymaq istəmirik, çünki ürəyimiz qalır onların yanında, nə vaxtsa tavanın uçub onların başına töküləcəyindən qorxuruq " 
Məktəbin problemləri haqqında valideyin və müəllimlər də öz münasibətini bildirib, aidiyyəti qurumlardan nəzərdə tutulan tikinti işlərinin tezləşdirilməsini xahiş etmişlər. Qeyd olunmuşdur ki, məktəbin pedoqoji kollektivin də bu cür acınacaqlı şəraitdə yüksək tədris imkanları mümkün deyil. Amma bunlara baxmayaraq, soyuq, şaxtalı havalarda belə, şagirdlərin davamiyyətinin aşağı düşməməsi üçün əllərindən gələni əsirgəməyən fədakar  müəllimlər çalışır burda. 

Afaq Cəfərova (müəllim) bildirmişdirki, təbii ki, rahat şəraitimiz olsa, bu tədrisin keyfiyyətinə öz töhfəsini verəcək: "Hal-hazırda bu şəraitdə, yəni mən öz müəllimlərimizi fədakar hesab edirəm və şagirdlərimizi də fədakar hesab edirəm. Əsaslı surətdə dedilər təmir olunacaq, amma sonra bizə verilən məlumata görə yenidən məktəb tikiləcək, bunun sürətlənməsini istəyirik, yəni bizim ömrümüz çatsın ki, o məktəbdə dərs deyə bilək."

7 minlik əhalisi olan Bəydili kəndinin məktəb problemi ilə bağlı Şirvan-Salyan regional Təhsil idarəsi də məlumatlıdır.Təhsil idarəsinin nümayəndəsi Əlisəfa Qənbərov bildirmişdir ki, Bəydili kənd tam orta məktəbi 1985-ci ildə inşa edilmişdir.Tikildiyi ildən bu günə qədər məktəb əsaslı təmir olunmayıb. Aidiyatı qurumlar, Elm və Təhsil Nazirliyi problemdən məlumatlıdır. Yaxın zamanda məktəbin tikintisi gözlənilir.

Ətraflı :https://youtu.be/wFqRC6XG61I

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR