» » » Biləsuvarda daha üç şəhid anılıb


Biləsuvarda daha üç şəhid anılıb

Biləsuvarda Vətən müharibəsinin son günləri şəhadətə yüksələn şəhidlərin ildönümləri qeyd olunub.

"Bilesuvarinfo" xəbər verir ki, şəhidlərin anım mərasimlərində Biləsuvar  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədli, SHXDÇX-nin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, bu gün şəhadətlərinin ikinci ildönümləri qeyd olunan  Vətən müharibəsi qəhrəmanları - Biləsuvar rayonunun Çaylı kəndindən Məmişli Sahil Ağaverdi oğlu, Zəhmətabad kəndindən Qasımzadə Nicat Höccət oğlu və Biləsuvar şəhərindən olan Əzizli Elnur Şahin oğludur.

Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyub və valideyinlərinə başsağlığı veriblər. Məzarları ziyarət olunan şəhidlərimizin ölməz qəhrəmanlıqlarından söz açılıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR