» » » Şəhid Nicat Qarazadə 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb - Fotolar


Şəhid Nicat Qarazadə 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb - Fotolar


Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhid olan əsgəri Nicat Qarazadə Bakıda dəfn edilib.

"Bilesuvarinfo"
xəbər verir ki, şəhid 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov,  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Biləsuvar Rayon İcra Hamimiyyəti Başcısının birinci müavini Azər Cəfərli, şəhidin döyüş yoldaşları və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidimizin dəfn mərasimində çıxış edən dövlət rəsmiləri düşmənlə mübarizədə qəhrəmanlıq göstərən şəhid N.Qarazadənin valideyinlərinə Allahdan səbr diləmiş, şəhidimizin əziz xatirəsinin daima uça tutulacağını bildirmişlər. E.Xəlilov şəhidin atasına şəhidimizin taputuna bürünən Azərbaycan bayrağını təqdim edib. 

Qeyd edək ki, Qarazadə Nicat Malik oğlu 2002-ci il oktyabrın 24-də Biləsuvarın İsmətli kəndində anadan olub. Uşaqlıq illərini İsmətli kəndində keçirib. Sonradan valideynləri ilə birlikdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə köçüblər. 2020-ci il oktyabrın 24-də ad gününü qeyd etdikdən sonra 18 yaşlı Nicat həmin ay həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin iştirakçısı olub. Doğma torpaqlarımızın yağılardan azad olunmasında  rəşadət göstərib.  Xüsusi  döyüş tapşırıqlarının icrasında misilsiz xidmətləri nəzərə alınaraq  bir neçə medallarla təltif olunub.

Düşmənə  qəzəb hissi ilə yaşayan Nicat hərbi xidmətini başa vurduqdan sonra  MAXE kimi kəşfiyyat qrupunda hərbi xidmətini davam etdirməyə başlayıb. Sentyabrın 12-13 tarixlərində düşmənin Kəlbəcər istiqamətində genişmiqyaslı təxribatına layiqli cavab verən Nicat Qarazadə döyüş toqquşmasında qəhrəmancasına şəhidlik zirvəsinə çatıb.

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR