» » » Bəhruz Məhərrəmov İsmətli kəndindən olan qazi qardaşları ziyarət edib - FOTO


Bəhruz Məhərrəmov İsmətli kəndindən olan qazi qardaşları ziyarət edib - FOTO

Bəhruz Məhərrəmov İsmətli kəndindən olan qazi qardaşları ziyarət edib.

"Bilesuvarinfo"
xəbər verir ki, o, bu barədə rəsmi feysbuk səhifəsində paylaşım edib: 

"Rayona səfərim çərçivəsində Biləsuvarın İsmətli kəndindən olan qazi qardaşlar Cabbarlı Nicat və Rüfəti evlərində ziyarət etdim. Vətən müharibəsində Nicat Füzuli, Rüfət isə Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. Müzəffər Ali Baş Komandan tərəfindən Nicat "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", Rüfət isə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşlar. Onların digər qardaşları da hazırda Şərqi Zəngəzurda hərbi xidmətdədir. Qazi qardaşlar və onların valideynləri ilə xeyli söhbət etdik, həqiqətən də dövlətə və dövlətçiliyə bağlılığı, gözü-könlü toxluqları ilə bu ailə sözün əsl mənasında nümunədir. Onlarla, xüsusən, Nicatla və onun övladları Bahar və Cəfərlə ünsiyyətdən xüsusi zövq aldım".
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR