Toyda dava edənlər pəncərədən yerə yıxılıb » Yerli İnformasiya Agentliyi
» » Toyda dava edənlər pəncərədən yerə yıxılıb

Toyda dava edənlər pəncərədən yerə yıxılıb

Biləsuvar şəhərində toyda  baş verən dava xəsarətlə nəticələnib.

"Bilesuvarinfo" xəbər verir ki, "Biləsuvar" şadlıq sarayında toyda qonaqlar arasında yaranan mübahisə dava ilə nəticələnib.

Belə ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri -1984 - ci il təvəllüdlü Əliyev Əli Rafiq oğlu ilə, 1977 - ci il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu dalaşıb. Davada tutaqlaşan bu iki şəxsin pəncərəyə çırpılması, onların  pəncərədən yerə yıxılmasına səbəb olub.

Dava edənlərin pəncərədən  şadlıq evinin həyətinə hündürlükdən düşməsi onların müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub. 

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yararılar həkimlər tərəfindən müayinə olunub, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran

karvan