» » Cənubi-Muğan kanalında suyun səviyyəsi artıb


Cənubi-Muğan kanalında suyun səviyyəsi artıb

Cənubi-Muğan kanalında suyun səviyyəsi artıb.

Bu barədə "Bilesuvarinfo"ya rayon sakinləri məlumat veriblər.

Belə ki, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun səviyyəsində artım müşahidə olunur.

Qeyd edək ki, ötən ayın sonundan kanalda suyun quruması Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli əhali içməli su ilə yanaşı kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda da çətinlik çəkirdilər.

Xatırladaq ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan