» » » Yenilməz kapitan Elçin Tağıyev anıldı


Yenilməz kapitan Elçin Tağıyev anıldı

Bu gün şəhadətindən 52 gün sonra Vətən topağına tapşırılan “Qarabağ” ordenli kapitan Elçin Tağıyevin anım günüdür.
 
 
"Bilesuvarinfo" xəbər verir ki, anım mərasimində rayon rəsmiləri,  içtimaiyyətinin nümayəndələri və silahdaşları iştirak edib. Qanaqlar şəhid kapitanın məzarını ziyarət edərək məzarı önünə əklil qoyub və şəhidin ruhuna dualar oxuyub.

Anım mərasimində qorxmaz, vətən sevdalı, yenilməz kapitan Elçin Tağıyevin döyüşlərdə göstərdiyi misilsiz şücayətlərindən danışılıb. Bildirilib ki, E. Tağıyev şəhid olmazdan öncə ona mayorrütbəsi təqdim olunsa da, bu rütbəni çiyinlərinə taxmaq qismət olmayıb. 

 Elçin Ağaqulu oğlu Tağıyev 1989- cu ilin 01 iyulunda Biləsuvar rayon Zəhmətabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. 2003-ci ildə Ənvər Rəhmətov adına Zəhmətabad kənd orta məktəbin 9 - cu sinifini başa vurub, C. Naxçıvanski adına hərbi liseyə, 2006 - cı ildə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2010- cu ildə AHM-i fərqlənmə ilə başa vuran Elçin, bir il təkmilləşdirmə kursunu da keçmişdir.

2012 - ci ilin avqustundan Qusar rayonundakı “N” saylı hərbi hissədən vətəninə şərəflə xidmətə başlayan leytenant Elçin Tağıyev daha sonra baş leytenant rütbəsini alaraq Sumqayıt şəhərində “N” saylı hərbi hissədə tağım komandiri seçilmişdir.
 
 2020 - ci il sentyabrın 27-də Vətən müharibəsi başlayda Goranboy raynundan düşmən üzərinə şığıyıq Elçin Tağıyev. Döyüşlər başalyan ilk gündən qəhrəmanımızın rəhbərlik etdiyi həmlə taboru düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmən istehkamlarını darmadağın edir. Silahdaşlarının sözlərinə görə, sentyabrın 29 - da Murovdağda, “Ömər” postu uğurunda döyüşdə mühasirəyə düşən taborunu mühasirədən məharətlə çıxarmağı bacarır. Kapitan Elçin Tağıyevin rəhbərliyi ilə mühasirənin yarılması üçün 6 saat davam edən döyüş itkisiz olub.
 
 30 sentyabrdan 1 oktyabra keçən gecə kapitan Elçin Tağıyevin taboru Murovdağ istiqamətində yerləşən üç yüksəkliyi düşməndən təmizlənilməsi əmrini alır. O, çətin döyüş tapşırığını canı bahasına da olsa yerinə yetirir, düşmən postları təmizlənir. Bu son döyüşündə özü də yaralanan komandir döyüşü davam etdirərək yaralı əsgər və şəhidlərinin döyüş meydanından çıxarılması tapşırığını verir. Yenilməz komandir ağır yaralanmasına baxmayaraq, ağır döyüşü tərk etməyib düşmənin xeyli canlı qüvvəsini məhv edir. Son anda özü də qəhrəmancasına şəhidlik məqamına ucalır. 
 
 Onun şəhadətə yüksəldiyi möqeyin 52 - gün düşmənin atəş altında saxlaması, nəşinin götürülməsinə imkan verməmişdir. Anacaq düşmən məğlubiyyətə düçar olduqdan sonra, qəhrəman kapitanımızın nəşi şəhid olduğu yüksəklikdən götürülür. Elçin doğulduğu Biləsuvarın Zəhmətabad kənd qəbiristanlığında torpaqa tapşırılıb.

 İndi Şəhid kapitanımızın bizlərə 3- övladı-qızı Dəryanur, Tağı və üzünü çox az gördüyü Məhəmməd adlı oğlanları əmanət qaldı. Qardaşı  Yalçın Tağıyev hərbi həkimdir, Vətən muharibəsi  iştirakçısıdır.  O,  Vətən muharibəsində Talış və Suqovuşan istiqamətində strateji ərazilərin işğaldan azad olunmasında taboru ilə birlikdə göstərdiyi şücaətə görə “Qarabağ” ordeni ilə təltif olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR