» » Sənan Mənsimli 70 vətəndaşı qəbul edib - FOTO


Sənan Mənsimli 70 vətəndaşı qəbul edib - FOTO


Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar rayonunda həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

"Bilesuvarinfo" xəbər verir ki, idarə müdirinin qəbulunda 70 vətəndaş iştirak edib. Daha çox işlə təmin olunma, dərs yükü və digər mövzulara bağlı müraciətlər edilib.

Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Sənan Mənsimli vətəndaş qəbulundan sonra Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbdə  rayonun ümumtəhsil məktəblərinin rəhbər heyəti və bir qrup fənn müəllimləri ilə də görüşərək  tövsiyə və tapşırıqlarını vermişdir. Görüşdə məktəb məzunlarının nəticələri, buraxılış imtahanlarının nəticələri, irəlidə duran hədəflər müzakirə edilib və  yeni tədris ilində qarşıda duran vəzifələr,  əsas istiqamətlər, cari məsələlər  barədə müzakirələr edilib və təkliflər dinlənilib.

Qeyd edək ki, səyyar qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ cavab vermək, təhsil keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə sağlam və şəffaf mühiti formalaşdırmaqdır.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR