» » Prezidentə dəstək məktubu - Biləsuvar sakini Məhərrəmov Vüsal Xanlar oğlu


Prezidentə dəstək məktubu - Biləsuvar sakini Məhərrəmov Vüsal Xanlar oğlu


       Müzəffər Ali Baş Komandan.

     2021-ci il fevralın 26-da dünyanın müxtəlif ölkələrinin kütləvi informasiya vasitələri üçün keçirdiyiniz mətbuat konfransında çıxışınız və müxtəlif suallara verdiyiniz cavablar Azərbaycan tarixi üçün fəxr hissidir. KİV nümayəndələrinin suallarına verdiyiniz tutarlı cavablar, siyasi iradəniz bir daha sübut edir ki, Azərbaycan bundan da sonra da öz mövqeyi ilə beynəlxalq aləmdə yüksək mövqedə dayanacaqdır. Xocalı soyqırımının bütün ölkələrdə tanıdılması istiqamətində atdığınız addımlar, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun iradəsini əzmkarlıqla davam etdirməyiniz biz gəncləri Sizə daha da bağlayır. Siz bu görüşdə Azərbaycanın gücünü, xalqımızın yaratmış olduğu dəyərlərin toxunulmaz olduğunu, Azərbaycan Konstitusiyasının sərhədlərimiz daxilində yeganə qanun olduğunu, Azərbaycana qarşı məkirli iş görənlərin və qərəzli fikir sahibi olanların layiqli cavab alacağını, ölkəmizin və xalqımızın rifahı üçün bütün gücünüzü səfərbər etdiyinizi bir daha dünya ictimaiyyətinə çatdırdınız.

      Cənab Prezident, biz hər zaman Sizinləyik. Biz Sizinlə qürur duyuruq!

      Hörmətlə,

       Məhərrəmov Vüsal Xanlar oğlu
       Azərbaycan Respublikası, Biləsuvar şəhəri.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR